OİM peşəkar təlim, qiymətləndirmə, yükqaldırma və takelaj xidmətlərini idarəetmə şirkətidir. Bizim heyət müxtəlif mürəkkəb takelaj və yükqaldırma əməliyyatları sahəsində beynəlxalq miqyasda tanınan mütəxəssislərdən ibarətdir.
Yüksək ixtisaslı mühəndislərimiz və təlimatçılarımız …………..
Dənizdə qaldırıcı həllərimiz ənənəvi kranların işlək olmadığı hallarda təhlükəsiz və səmərəli alternativlər təklif edir. Onlara daxildir:
- Ağir yüklərin qaldırılması üçün kanat sistemi;
- Yüklərin dəqiq yerləşdirilməsi üçün sürüşdürmə sistemi;
- Qapalı məkanda işlədilən hidravlik domkratlar;
- Sualtı əməliyyatlar və üzmə qabiliyyətinin təmin edilməsi üçün sualtı hava yastıqları və qaldırıcı çantalar;
- Qeyri-standart yüklərin idarə edilməsi üçün qaldırıcı və takelaj avadanlıqları;
- Qaldırıcı qüllələr, qaldırma əməliyyatları üçün stabil platformalar;
- Davit sistemləri: gəmilər üçün təhlükəsizlik avadanlıqları;
- Sualtı əməliyyatların yerinə yetirilməsi üçün məsafədən idarə olunan qurğular;
- Unikal tapşırıqların icrası üçün xüsusi yükqaldırıcı avadanlıq.
Göstərilən qeyri-standart həll üsulları təhlükəsizliyi, dəqiqliyi və səmərəliliyi nəzərə almaqla yüksək mühəndis bacarıqları və dəqiq planlaşdırma tələb edir.
Sizin iş yerinizdə təlim bir sıra üstünlüklərə malikdir, belə ki, əməkdaşlarınız onlara tanış olan mühitdə təlim keçərək inkişaf edir, onlara tanış və aydın olan avadanlıq və qurğulardan istifadə edirlər. Bu üsul iş yerində real bilik və təcrübə əldə etməyə imkan verməklə iqtisadı cəhətdən əlverişlidir və qarşılıqlı etimadın artırılmasına imkan verir
Şirkətimiz neft-qaz sahəsində yükqaldırma və takelaj işlərini 20 ildən artıq bir müddətdə idarə və nəzarət edir, profil üzrə ekspertlər təqdim edir,
təlim, ixtisasartırma, proses və prosedurların idarə edilməsi, habelə yerində və kənarda texniki xidmətlər göstərilməsi üzrə dünya bazarında beynəlxalq standartlara və qabaqcıl təcrübəyə əsaslanan fəaliyyət göstərir.
Texniki məsləhətçilərimiz müxtəlif aspektləri: fəaliyyət sistemini, heyətin işinin məhsuldarlıq səviyyəsini (o cümlədən kranların, çəngəlli yükqaldırıcıların operatorlarının bilik və səriştəsinin beynəlxalq standartlara cavab verməsini), habelə maşın və mexanizmlərə texniki xidmət göstərilməsinin standartlara cavab verməsinin monitorinqini həyata keçirmək üçün bilavasitə obyektlərə gedirlər. Biz avadanlıq və qurğuların təhlükəsizliyini, səmərəliliyini və iqtisadi cəhətdən məqsədəuyğunluğunu qiymətləndiririk.
Utanmayın, sadəcə özünüz haqqında bizə məlumat verin və biz sizin və ya şirkətiniz üçün ən yaxşı variantı müəyyən edəcəyik
OİM peşəkar təlim, qiymətləndirmə, yükqaldırma və takelaj xidmətlərini idarəetmə şirkətidir. Bizim heyət müxtəlif mürəkkəb takelaj və yükqaldırma əməliyyatları sahəsində beynəlxalq miqyasda tanınan mütəxəssislərdən ibarətdir.